Qarabağ klubuna dəvətə görə təşəkkür edirəm.
Teleqraf.com xəbər verir ki, bunu COP29 çərçivəsində Futbol Klublarının İqlim naminə Alyansının açılışı tədbirində tanınmış türkiyəli mütəxəssis Fatih Terim bildirib.
Fatih Terim deyib ki, klubun baş məşqçisi Qurban Qurbanovla söhbət etmək imkanı olub. O, “Qarabağ”ın baş məşqçisinə xüsusi hörməti olduğunu vurğulayıb: “Futbol Klublarının İqlim naminə Alyansına daha çox klubun qatılacağına inanıram. COP29 Bakıda yüksək səviyyədə təşkil olunub. Can Azərbaycana həmişə qardaşcasına gəlmişəm, çox böyük hörmət görmüşəm. Diqqətə görə Can Azərbaycana və xalqına çox təşəkkür edirəm".