Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən Hollivud Türk film və dram günlərində tanınmış rejissor Zəki Dəmirkubuzun "Həyat" filminin təqdimatı olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hollivud Türk film və dram günləri çərçivəsində bir sıra ekran əsərləri nümayiş olunub.
Tədbirin ilk günündə Türkiyənin 2025-ci il "Oskar" mükafatlarında “Ən yaxşı beynəlxalq film” kateqoriyasında namizəd olan “Həyat” filminin qala gecəsi keçirilib.
Premyerada filmin rejissoru Zeki Dəmirkubuz, baş rol ifaçıları Cem Davran, Miray Daner və Burak Dakak iştirak edib.
Tədbirin ikinci günü Dilan Çiçək Dənizin prodüseri olduğu “Dilandan konuşmalıyız” qısametrajlı filminin nümayişi ilə başlayıb, “Şəhrizad” və “Sahibsizlər” seriallarının premyeraları ilə davam edib.