“2023-cü ildə emissiyalarımız 1.3% artıb, halbuki aşağı düşməli idi. Bu o deməkdir ki, 2030-cu ilə kimi karbon emissiyalarını 41% azaltmalıyıq, əks halda 1.5 dərəcəni keçəcəyik”.
Teleqraf.com xəbər verir ki, bu sözləri COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda çıxış edən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson deyib.
O bildirib ki, şəhərlər iqlim kontekstində əhəmiyyətli bir yük daşıyır:
"Əslində, yalnız 25 meqaşəhər dünya üzrə istixana qazı emissiyalarının 52%-nə görə məsuliyyət daşıyır. Bu o deməkdir ki, evdə gördüyünüz tədbirlər, səmərəlilik standartları, enerji mənbələri, tullantı və metan emissiyaları ilə necə məşğul olmağınız, ictimai nəqliyyatla necə məşğul olmağınız, elektrik mobilliyi təşviq etməyiniz iqlim dəyişikliyi kontekstində şəhərlərin çəkisinə böyük təsir göstərə bilər”.