5 Mart 2015 19:05
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb. Bunu Trend-in sorğusuna cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

Qeyd edilib ki, 2014-cü il ərzində xarici ölkələrdə ümumilikdə 7 yeni diaspor təşkilatı yaradılıb. Yeni təşkilatlar ABŞ, Rusiya, Niderland Krallığı və Ukraynada yaradılıb.

Bundan əlavə, il ərzində Almaniya, Türkiyə və bir sıra digər ölkələrdəki diasporumuz tərəfindən yeni təşkilatların yaradılması üçün lazım olan sənədlər həmin ölkələrin müvafiq qurumlarına təqdim edilib.

Ümumilikdə Dövlət Komitəsinin xətti ilə ötən il Azərbaycanda və xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəni irsinin təbliği, azərbaycanlıların cəmiyyətə inteqrasiyası və ictmai-siyasi fəallığının artırılması, lobbi quruculuğu sahəsində və s. məqsədlərlə 554 tədbir təşkil olunub.


Müəllif: