12 Mart 2015 01:34
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elektron hökumət" bülleteninin növbəti sayının təqdimatı üzrə brifinq keçirilib.

Tədbiri Məlumat Hesabalama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov açıb, “Elektron hökumət” quruculuğu sahəsində son yeniliklər barədə məlumat verib. Daha sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Yaşar Niftiyev çıxış edib. O, ƏMDK-nın “Elektron hökumət” quruculuğu üzrə gördüyü işlər, vətəndaşlara təqdim etdiyi e-xidmətləri media üzvlərinin diqqətinə çatdırıb.

Ünvan reyestrinin hazırlanması istiqamətində icra edilən işlər istiqamətində ünvanların toplanılması, kadastr xəritələrinin hazırlanması və hər iki sisteminin birləşdirilməsi üzrə məlumat verib.

Hazırlanmaqda olan ünvan reyestri üzrə köhnə ünvana əsasən yeni ünvanın tapılması, yeni ünvanın İD-ə uyğun tapılması və digər mümkün olacaq.
Daha sonra, söz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi, sektor müdiri Sahib Mərdanova verilib.

Sahib Mərdanov “Tələbə-məzun” informasiya sisteminin portala inteqrasiyası və bir sıra elektron arayışların hazırlanaraq portal vasitəsilə vətəndaşlara təqdim edilməsi istiqamətində MHM ilə aparılan birgə işlərdən bəhs edərək tezliklə bu sistemin portala inteqrasiya edəcəyini vurğulanıb.

Vətəndaşlara təqdim ediləcək “E-arayışların” məzmunu barədə informasiya verən Sahib Mərdanov məzmunun gələcəkdə ictimai tələb üzrə dəyişilə biləcəyini vurğulayıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər