Baş prokuror Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edəcək.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov mayın 22-də saat 11:00-da Goranboy rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Goranboy, Samux, Daşkəsən, Göygöl, Xocalı və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Goranboy şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.