19 May 2015 15:07
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük İpək Yolu” Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə Böyük İpək Yolu Gənclər İttifaqı ilə İslam Əməkdaşlıq Təşkilatı arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Bildirilib ki, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

İyad Mədəni Azərbaycanda olduğundan məmnunluq ifadə edib. Qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanla bağlı layihələrə dəstək verməyə hazırdır.

Görüşdə həmçinin bir sıra ikitərəfli fəaliyyətlərin icrasına dair məsələlər müzakirə edilib.

BƏXTİYAR


Müəllif: