29 İyun 2015 18:33
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsildən sonra Təhsil“

Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azad Müəllimlər Birliyinin həyata keçirdiyi “Təhsildən sonra Təhsil” layihəsinin icrası çərçivəsində layihənin işçi qrupunun növbəti toplantısı keçrilib.

layihənin işçi qrupunun bu gün keçirilmiş toplantısında icra planı üzrə iyul ayının tədbirlər planı təsdiq edilib. Toplantıda görülmüş işlərin nəticələri, sosioloji araşdırmaların istiqamətləri və təlim proqramı müzakirə edilib. İşçi qrupunun toplantısında Azad Müəllimlər Birliyinin sədri, “Təhsildən Sonra Təhsil” layihəsinin rəhbəri Məlahət Mürşüdlü məlumat verərək bildirib ki, layihənin icrası üzrə təşkilati işlər yekunlaşıb və iyulun 9-da layihənin təqdimat mərasimi keçriləcək.

Xatırladaq ki, altı ay müddətində icra olunacaq layihənin məqsədi təlimdə kurikulumların tətbiqi istiqamətində müəllimlərin bilik və bacarıqlarının təkminləşdirilməsinə dəstək olmaqdan ibarətdir. Layihə çərçivəsində Bakı şəhərinin orta məktəblərində dərs deyən 120 nəfər müəllimə təlim keçriləcək. Eyni zamanda dəyirmi masa, seminar, üç nümunəvi dərs təşkil olunacaq.

SEVİL


Müəllif:

Oxşar xəbərlər