Bakıda dənizdə bir nəfər batıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Pirallahı rayonunda 1 nəfər dənizdə çimərkən batıb. Nazirliyin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.
Bundan başqa, Mingəçevir şəhərində 1 nəfər su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.