10 İyul 2015 12:04
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əkinçi" qəzeti iki il müddətində Azərbaycan xalqının milli kimliyini ortaya çıxardı.

Teleqraf.com-un xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlər" mövzusunda konfransda çıxışında deyib.

O bildirib ki, ölkə rəhbərliyi mətbuata xüsusi qayğı ilə yanaşır: "Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq biz mətbuat ilə əlaqədar tədbirlər keçiririk. Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlər mövzusuna gəlincə, mill mənəvi dəyərlər çox geniş anlayışdır. İnsan sosial bir varlıq kimi öz biliyini təkmillşdirir, +mədəni mühitdə təkmilləşir. Cəmiyyətin inkişafı həm də cəmiyyətdə medianın inkişafı ilə ölçülür".

Ə.Amaşov deyib ki, medianın da əsas missiyası mütamadi olaraq Azərbaycan xalqını informasiya ilə təmin etməkdir.

İlhamə


Müəllif: