18 İyul 2015 10:19
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin reallaşdırılması çərçivəsində kommersiya satışları başlayıb.

Bu barədə Teleqraf.com Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir.

Maliyyə mənbəyi kimi “Amsterdam Trade Bank” çıxış edir. Şirkət layihənin reallaşdırılmasına 13,7 milyon avro kredit ayırıb.

Məlumata əsasən, layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98000 port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulur.

Yeni quraşdırılmış avadanlıqların şəbəkəyə rəqəmsal bağlantısını təmin etmək məqsədilə optik kabellər çəkilib, kabel-kanalizasiya qurğuları tikilib. Hazırda kommersiya satışına başlanılıb. İlin sonuna kimi 100 000 portun istifadəyə verilməsi nəzərdə tutulur.

Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satın alınması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar təchiz edilərək şəbəkəyə qoşulub.


Müəllif: