Azərbaycan Mətbuat Şurasının üzvləri prezident İlham Əliyevlə görüş keçirir.
Teleqraf.com xəbər verir ki, bu haqda “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə məlumat yayıb. Görüş Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibəti ilə keçirilir. Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşova prezident tərəfindən orden təqdim olunub.