30 İyul 2015 12:18
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin şortik əleyhinə verdiyi açıqlama gündəmdən düşmür. Məsələyə ən müxtəlif aspektlərdən reaksiyalar gəlməkdədir. Hətta ticarət mərkəzlərində belə H.Hacıyevin "anti şortik" açıqlaması müzakirələrə səbəb olub.

Mövzunun gündəmdə olmasından istifadə edən elektron alış-veriş mağazalarından biri “Şortiklə gəl, 20% endirim qazan " şüarı ilə reklam kampaniyasına start verib.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri isə Hafiz Hacıyev şortik geyməyin kişiyə yaraşmadığını və belələrinin üstünə kislota tökülməsinin vacib olduğunu deyib.

Ayxan


Müəllif: