4 Avqust 2015 21:54
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti yay düşərgəsinə start verilir


“Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi mütəmadi olaraq sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələrin sağlamlığının qorunması üçün yay düşərgələrini təşkil edir.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yay düşərgələri sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının daha da artırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə təşkil olunur.

Nazirlik cari ilin iyun-avqust ayları ərzində Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzindəhər biri 2 həftə davam edən növbələr üzrədüşərgələr keçirəcək. Düşərgələrdəümumilikdə420 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub.

Bu ilin 10-24 iyun tarixlərindəAstara, Yardımlı, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Qobustan, Ağsu, İsmayıllı, Şamaxı və01-15 iyul tarixlərdə Balakən,Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Füzuli, Tər-tər rayonlarından olan 7-15 yaşlı uşaq və yeniyetmələr sözügedənyay düşərgələrində iştirak etmişdirlər.
20 iyul-03 avqust 2015-ci il tarixlərdə təşkil olunan 3-cü növbə üzrə yay düşərgəsində Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarından olan10-16 yaşlı uşaq və yeniyetmələriştirak edirlər. DüşərgəAzərbaycanın Ermənistanla təmas xəttində yerləşən rayonlarda yaşayan uşaqlara psixoloji dəstək, onların asudə vaxtının təşkili, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədiləGənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgətəşkil edilir.Yay düşərgəsi zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramların həyata keçirilməsi və təlimlərin təşkili, həmçinin qrup işləri, fərdi liderlik qabiliyyətlərinin və biliklərin artırılması sahələrində fəaliyyətlərin təşkili nəzərdə tutulur.

09-23 avqust 2015-ci il tarixlərdə təşkil olunacaq sonuncu növbə üzrə yay düşərgəsində sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin iştirakı təmin ediləcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər