25 Avqust 2015 01:39
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar.

Almaniyada azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində baş vermiş yanğın hadisəsində təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Almaniyanın Bavariya əyalətinin rəsmilərinin də qeyd etdiyi kimi, bu yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsinin istisna olunmadığını nəzərə alaraq ümid edirik ki, istintaq obyektiv və müfəssəl şəkildə aparılacaq və təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində avqustun 21-də baş verib.


Müəllif:

Oxşar xəbərlər