26 Avqust 2015 11:33
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 21-22-də İordaniya Haşəmi Krallığının paytaxtı Amman şəhərində Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forumu keçirilib.

BMT-nin Azərbaycan nümayəndəliyindən Teleqraf.com-a verilən məlumata görə, forumun açılış mərasimində İordaniya Haşəmi Krallığının vəliəhdi Şahzadə Hüseyn ibn Abdullah, BMT Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin, UNESCO-nun Baş direktoru İrina Bokova, İordaniyanın Baş Nazirinin müavini və xarici işlər naziri Nasser Judeh, BMT Baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavi və Bəhreynin xarici işlər naziri Şeyx Xalid ibn Əhməd Əl Xəlifə tədbirin iştirakçıları ilə mövzu barədə öz fikirləri ilə bölüşüblər.

Qlobal forumda ölkəmizi Gənclər və İdman Nazirliyinin gənclər şöbəsinin müdiri İndira Hacıyeva, BMT İnkişaf Proqramının Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Prezident yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, BMT İnkişaf Proqramının gənclər üzrə layihəsinin assistenti Azər Abasəliyev və ATGTİ-nin beynəlxalq əlaqələr departamentinin direktoru Pərvin Rəhimli təmsil edib.

2 gün ərzində “Gənclər, təhlükəsizlik və sülhün hazırkı vəziyyəti”, “Qarşıya çıxan çətinliklər və onların həlli yolları”, “İnkişafın düzgün monitorinqi və qiymətləndirilməsi” “İnnovasiya və texnologiyaların sülhə töhfələri” “Gənclərin beynəlxalq sülh üçün atdığı və ata biləcəyi addımlar” və s. kimi müxtəlif mövzuları əhatə edən müzakirələrin nəticəsi olaraq forumun bağlanış mərasimində “Gənclər, Sülh və Təhlükəsizlik üzrə Amman Gənclər Bəyannaməsi” qəbul olunub. Bəyannamə BMT Təhlükəsizlik Şurasının payızda keçiriləcək sessiyasına İordaniya nümayəndəliyi tərəfindən təqdim ediləcəkdir.

Qeyd edək ki, 28-30 oktyabr 2014-cü il tarixlərdə Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumundan sonra dünyada gənclər siyasəti mövzusunda nəzərəçarpan qlobal fəallıq müşahidə edilməkdədir. Məhz bu səbəbdən Azərbaycan nümayəndə heyəti tədbirdə iştirakı ilə ölkəmizin gənclər siyasəti sahəsində malik olduğu 20 illik təcrübəni digər BMT üzv ölkələri ilə bölüşmək və bir model olaraq tətbiq edilməsinə yardım etmək hazırlığını ifadə edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər