Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq.
Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, məqsəd məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi və pedaqoji kadrların işə qəbulu zamanı şəffaflığın təmin edilməsidir.
Məktəblərdə pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar Nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) elanlar bölməsində yerləşdirilib.
Nərmin