15 Sentyabr 2015 08:52
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) 12-15 oktyabr 2015-ci ildə AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və tələbələrin “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” adlı VI beynəlxalq elmi konfrans keçirəcək.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunan tədbirə qatılmaq üçün İngiltərə, Rusiya, Türkiyə, Serbiya, Macarıstan, Bolqarıstan və digərləri daxil olmaqla ümumən 20 ölkədən 200-dən çox alim, o cümlədən doktorant və magistr, həmçinin tələbə müraciət edib. Müraciətlərin ekspertizası nəticəsində 18 ölkədən 150 gənc tədqiqatçının tədbirdə iştirak edəcəyi müəyyənləşdirilib. Hazırda konfransla bağlı təşkilati işlər həyata keçirilir.

Tədbirin rəsmi açılış mərasimi AMEA-nın əsas binasında, geologiya və geofizikanın müxtəlif istiqamətləri üzrə çıxış və təqdimatlar isə GGİ-də olacaq.

SEVİL


Müəllif: