Sentyabrın 21-dən oktyabrın 2-dək Tbilisi şəhərində (Gürcüstan) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursu, Qaylenkirxen şəhərində (Almaniya) “Avropada adi silahlı qüvvələr haqqında müqavilə” üzrə kurs, 22-dən 24-dək Oslo şəhərində (Norveç) şəxsi heyətin idarə olunması kursu keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.