23 Sentyabr 2015 14:17
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşınmaz əmlakın qeydiyyatı prosesi son 5 ildə sürətləndirilib. Bu müddət ərzində əmlak qeydiyyatının sayı əvvəlki illərə nisbətən iki dəfədən çox artıb.

Teleqraf.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib. Onun sözlərinə görə 2009-cu ildə 90 min əmlak qeydiyyatdan keçirilmişdisə, 2014-cü ildə bu rəqəm 205 minə yüksəlib.

R. Cəlilov deyib ki, Daşınmaz Əmlak Dövlət Komitəsi və Dünya Bankı arasında bağlanmış müqaviləyə əsasən, 8 il ərzində xeyli işlər görülüb. Belə ki, Dünya Bankının hər il çap etdiyi “Doing Business” hesabatında 2008-ci ildə 189 ölkə arasında Azərbaycan 63-cü yerdə idisə, 2013-2014-cü ildə ilk 10-luğa düşə bilib.

Bu illər ərzində Komitə tərəfindən elektron arxivlər yaradılıb, ərazi idarələrinin binaları inşa olunub, daşınmaz əmlakın qeydiyyatı və kadastr sistemi yaradılıb. Həmçinin Qafqaz regionunda ilk dəfə İnformasiya Texnologiya Məkəzi binası və informasiyanın saxlanılması üçün Şamaxı Ehtiyat Mərkəzi tikilib”.

R. Cəlilov qeyd edib ki, artıq Sumqayıt və Bakı şəhərlərinin kadastr xətirəsi hazırdır, Gəncə və Şəkinin xəritəsi isə gələn il hazır olacaq.

İlhamə


Müəllif:

Oxşar xəbərlər