“Əmək və Əhalinin Sosial Müdafiəsi nazirli Səlim Müslümovun Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxması xəbəri yanlışdır”.
Bunu Publika.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Elman Babayev deyib. Elman Babayevin sözlərinə görə, nazir universitetdəki vəzifəsini icra etməkdə davam edir və dərslərdə ən aktiv iştirak edən müəllimlərdən biridir.
Qeyd edək ki, bu gün bəzi saytlar Səlim Müslümovun öz istəyi ilə Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən getdiyi barədə məlumat yayıblar.