14 Oktyabr 2015 17:35
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin 2016-cı ildə xərclər smetası 2 milyon 745 min 955 manat təşkil edəcək.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin 2016-cı il xərclər smetasının müzakirəsi zamanı Milli Məclisin işlər müdürü Firudin Hacıyev deyib.

O, qeyd edib ki, bu, 2015-ci illə müqayisədə 1 milyon 61 min 189 min manat azdır. Şöbə müdiri bildirib ki, "nəqliyyat vasitələri" bölümündə yeni nəqliyyat vasitələrinin alınması üçün xərclər nəzərdə tutulmayıb. F.Hacıyev həmçinin sabiq deputatların bir illik əmək haqlarının ödənilməsi üçün 450 min manat ayrılmasına yardım edilməsini hökumətdən xahiş edib.

Spiker F.Hacıyevdən xərclərin nəyə sərf olunması ilə bağlı daha geniş izahat verməsini istəyib: “ Elə biləcəklər ki, Milli Məclis kefindən yeməkxana tikir, axır illərdə 50 kvadrat metrdə Milli Məclisin işçiləri üç növbədə nahar edirdilər. Çox sağ olsunlar ki, bunu nəzərə aldılar. Maşınlar Milli Məclisin həyətində sıxlıq yaradırdılar. Bunun üçün də avtodayanacaq tikildi”.

Nemət


Müəllif: