"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna dəyişiklik edilib.
Teleqraf.com-un xəbərinə görə, bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri qeyd edib ki, cinayət yolu ildə əldə olunan pulların leqallaşdırılması və terrorla bağlı istifadə olunmasına dair qanun layihəsi parlamentdə hazırlanıb: “Bu illər ərzində Azərbaycan bir çox ölkələrdən fərqli olaraq çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı aktiv mübarizə aparıb. Hətta bununla bağlı Milli Bank yanında xüsusi qurum da fəaliyyət göstərir. Hazırda qanuna iki dəyişikliklər təqdim edilir. Bu dəyişikliklər müasir dövrdə çox əhəmiyyətlidir”.
Məsələ səsə qoyularaq qəbul edilib.
Nemət