Gəncə şəhərində vətəndaşa məxsus mebel mağazasında yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus “SALOĞLU” mebel mağazasına məxsus ümumi sahəsi 27 kv.m olan vaqon tipli gözətçi otağın tavanı 2 kv.m sahədə yanmışdır.
Gözətçi otağının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.