5 Fevral 2016 15:41
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mövsümlə əlaqədar olaraq bu il də Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilib”.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, çimərlik ərazilərinin müxtəlif sahələrindən su nümunələri götürülərək onlar üzərində laborator müayinələr aparılıb: “Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılan sahələrdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində müəyyənləşdirilib”.

Məlumatda bildirilib ki, çimərlik ərazilərində keçirilən birgə monitorinqlərə əsasən Sumqayıt, Sahil və Şıx çimərliklərinin mikrobioloji baxımdan çirkli olması müəyyən olunub.

İlhamə


Müəllif:

Oxşar xəbərlər