15 Fevral 2016 16:16
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Azad Rəhimov fevralın 19-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, qəbulda Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayon sakinləri iştirak edəcəklər.

Saat 11.00-da başlanacaq qəbul Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti-57, RİH-in yaxınlığı) gerçəkləşəcək.

İlhamə


Müəllif:

Oxşar xəbərlər