Hazırda Təhsil Nazirliyinin tabeliyində mərkəzləşmiş uçotda 33 uşaq qeydiyyatdadır.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi müdafiəsi idarəsinin şöbə müdiri Cəmilə Tağıyeva deyib.
Cəmilə Tağıyevanın sözlərinə görə, onlar 5-17 yaş arasındadırlar. Həmin uşaqlardan 17 nəfəri sağlam,16 nəfərinin isə sağlamlıq imkanları məhduddur. Hazırda ölkədə 339 nəfər övladlığa uşaq götürmək istəyir.
Şöbə müdirinin sözlərinə görə, 2010-2015-ci illərdə Təhsil Nazirliyinin tabeliyindəki mərkəzləşmiş uçotda olan 52 uşaq övladlığa verilib.
Ümumilikdə, ölkə üzrə dövlət uşaq müəssisələrində 10 min uşaq təlim, təhsil və tərbiyə alır.
İlhamə ƏBÜLFƏT