10 May 2016 17:35
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ümummilli Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə akademiyanın kollektivi və millət vəkili Sevinc Fətəliyeva və kursantlar iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyublar.

Sonra tədbiri giriş sözü ilə açan akademiyanın rəisi general-mayor Pənah Süleymanov Heydər Əliyevin ölkənin tərəqqisi, xalqımızın rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib.
Millət vəkili Sevinc Fətəliyeva qeyd edib ki, ulu öndər hər zaman xalqına, dövlətinə sədaqətlə xidmət etib, fəaliyyətinin bütün dövrlərində ölkənin inkişafı, xalqın xoşbəxt gələcəyinin təmin olunması üçün var gücü ilə çalışıb.

Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov qeyd edib ki, ulu öndərin zəngin irsinin öyrənilməsi gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsinə böyük töhfədir. Sonda ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər