6 İyul 2016 17:22
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Azos adlanan ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Renat Nəbiyev bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Renat Nəbiyev Göygölə istirahətə gedib. Orada bir qrup şəxslə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: