Sabirabad rayonunda mağazadan oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mahir İmanov tutulub.
Mahir İmanov bu ilin mayın 16-da Sabirabad rayon sakini Zemfira Süleymanovaya məxsus mağazadan 1400 manat pul, qızıl əşyalar və danışıq kartları oğurlamaqda şübhəli bilinib.
Onun yanvarın 23-də H.Abdullayevanın həyətindən 5 ev quşu və mayın 15-də Ə.Orucovun mağazasından 50 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov