7 Sentyabr 2016 19:16
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlləri kəsilərək qətlə yetirilən qızla bağlı məhkəmə prosesi başlayıb.

İzmitdə döyülüb boğularaq öldürülən və əlləri biləklərindən kəsilmiş halda tapılan 21 yaşlı Nuran Dutlunun qatilləri məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hadisə ötən ilin yanvarında baş verib. İzmit-Kandira yolunun Çayırkənd hissəsində bir qadın cəsədi tapılıb. Əlləri biləklərindən kəsilən qadının Nuran Dutliu olduğu müəyyən edilib. Dərhal sonra xüsusi əməliyyat keçirilib, qəətldə şübhəli bilinən Məhəmməd Yıldız və onun qız dostu Sertaç Özer həbs edilib.

Məhəmməd Yıldız bildirib ki, Nuran Dutlunun ona 5 min manat borcu olub və borcu ödəmədiyi üçün onu iplə boğub, əllərini kəsib və cəsədini Kandira yolunun kənarına atıb.

Prosesdən sonra Nuran Dutlunun anası Hediye Görmüş əlində qızının fotosunu tutaraq qatillərə ən ağır cəzanın verilməsini, adələtin qalib gəlməsini, qızının qanının yerdə qalmamaasının vacibliyini bəyan edib.


Müəllif:

Oxşar xəbərlər