Oxşar xəbərlər
Bakıda avtomobillə vurulan yol kənarında dayanmış piyada bir gün sonra xəstəxanada ölüb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 4-ü saat 10 radələrində Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində Bakı şəhər sakini 1970-ci il təvəllüdlu Rafiq Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanmış 1981-ci il təvəllüdlü Mehman Hüseynovu vurub.
M.Hüseynov xəsarətlə 3 saylı xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M.Hüseynov iyulun 5-də orada ölüb.
/trend/