2 İyun 2017 13:37
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ağasəlim Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Ağasəlim Xəlilov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Təqirləndirilən şəxs Sabunçu rayonu ərazisində Orxan Mirişovu döyərək, onun 300 manatdan çox pulunu ələ keçirməkdə ittiham olunub.


Müəllif: Hacı Zeynalov