12 İyul 2017 10:45
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir qardaşına qarşı dələduzluq etməkdə təqsirli bilinən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Məhkəmə istintaqının tamamlanması təkəifinə təqsirləndirilən Samir Nəbiyevin vəkili Ceyhun Yusifov etiraz edib.

Vəkil bildirib ki, zərərçəkmiş Əlikram Camalov yenidən məhkəməyə dəvət olunub, dindirilməli və bəzi xüsusatlar dəqiqləşdirilməlidir.

Ceyhun Yudifov təqsirləndirilən Samir Nəbiyevin əlavə ifadə vermək istədiyini deyib. Bu səbəbdən məhkəmə istintaqı tamamlanmayıb və növbəti iclasda Samir Nəbiyev ifadə verəcək.

Proses iyulun 19-da davam edəcək.

İttihama görə, Samir Nəbiyev iş adamı Əlikram Camalova birgə biznes qurmağı təklif edib. O, Əlikram Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” mağazasına yatırım etmək istəyib.

Əvəzində qazancın yarısını ona verməyi vəd edib. Əlikram Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə Samir Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Samir Nəbiyev vəsaiti mənimsəyərək Əlikram Camalova pulu qaytarmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər