Oğuz rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Oğuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “ZİL” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev saxlanılıb.
Onun fevralın 17-də rayondakı evlərin birinin həyətindən 40 kisə kömür oğurlaması da müəyyən edilib.
Məlum olub ki, Ceyhun Quliyev Oğuz rayonu ərazisində 1 traktordan və 1 “KamAZ” markalı avtomobildən də akkumulyator oğurlayıb.