Gəncə şəhərində mağazadan oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhəri ərazisindəki kompüter satışı mağazalarının birindən pul oğurlanması və orada yanğın törədilməsi barədə müraciət daxil olub.
Hadisə yerində Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları müvafiq tədbirlər həyata keçirib. Mağazadan 7000 manat pulun oğurlandığı, habelə oradakı 1 kompüter və onun hissələrinin yandırıldığı müəyyən edilib.
Gəncə şəhər sakini Fərid Cəfərov saxlanıb. Mağazadan oğurlanmış həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.