13 Avqust 2018 19:19
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonunda 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan verilən məlumata görə, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək evindən 20 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər