21 Avqust 2018 15:41
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl törədilib.

Teleqraf.com xəbər verir ki, avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Sabunçu rayonunun Yeni Ramana qəsəbəsindəki evində tapılıb.

Bakı şəhər Baş Polis İdarəsi və 12-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov