Gədəbəy rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 7-də Gədəbəy rayonunun Tərsyer kəndindəki mənzillərdən birindən oğurluq olması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Məlumata görə evdən xeyli miqdarda qızıl zinət əşyası və 7 min rus rublu oğurlanıb.
Polis əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq cinayətinin həmin kənddə yaşayan 45 yaşlı Bəhman Məmmədov tərəfindən törədildiyi müəyyən edilib.
Saxlanılan şəxs ifadəsində qarətdən əvvəl xeyli miqdarda spirtli içki qəbul etdiyini və onun təsiri altında bu yola əl atdığını deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.