25 Dekabr 2018 11:11
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşları saxta pul dəyişmək istəyən şəxsi cinayət başında yaxalayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

​27-ci polis nölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib.

​Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər