15 Yanvar 2019 11:46
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Cəlilabadda baş verən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi yanvarın 13-də Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanılıb.

Əziz Quliyev taksi sürücüsü olub, Rəcəb Mirzəyev isə onun avtomobilinə müştəri kimi verib.

Hadisənin pul üstündə baş verdiyi deyilir.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov