Bakıda ötən gecə 20 yaşlı gənc ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 ünvanında baş verib:
"Təcili yardım həkimləri ünvana gələn zaman yaralının vəziyyəti çox ağır olub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib".
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.