23 İyul 2019 17:52
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən deputatılığa keçmiş namizəd Xalidə Şirəlizadə, onun qardaşı Firdovsi Şirəliyev və Suliddin Məmmədovun cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə X.Şirəlizadənin vəkili Emil Bədəlov vəsatət qaldırıb.

O, cinayət işinin istintaqı zamanı prosessual pozuntulara yol verildiyini bildirib.

Məhkəmə vəsatəti təmin edib və cinayət işinin istintaqını aparmış müstəntiqin əməlinə hüquqi qiymət verilməsi üçün barəsində xüsusi qərardad çıxarıb.

Qeyd edək ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İttiham aktına əsasən, X.Şirəlizadə, S.Məmmədov və F.Şirəliyev 7 vətəndaşa qarşı dələduzluq ediblər.

Xatırladaq ki, X.Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər