30 İyul 2019 16:06
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayuonunda arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Murad Bukavadzenin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il aprelin 20-də Yevlax şəhəri Bakı prospekti 31 ünvanında yerləşən şəhər avtovağzalda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Murad Bukavadze 1992-ci il təvəllüdlü Leyla Bukavadzeni qısqanclıq zəmnində bıçaqlayıb.

Çoxsaylı bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olunub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Murad Bukavadze barəsində 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər