2 Oktyabr 2014 15:48
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Qobustanda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonunun Ərəbqədim kəndində qeydə alınıb. Rayon sakini Hünər Muradovun idarə etdiyi “VAZ-21074” və İsmayıllı rayon sakini Aqşin Mütəllibovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub, sonra H.Muradov avtomobili yolun kənarında dayanmış Şamaxı rayon sakini Səməndər Rəfiyevə məxsus “VAZ-21099” markalı avtomobilə vurub. H.Muradov hadisə yerində ölüb, onun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: