İsmayıllı rayonunda baba və nənəsini öldürməkdə təqsirli bilinən Vüsal Qədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, İsmayıllı rayon Məhkəməsində hakim Rəfayel Şirinovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Vüsal Qədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
İttihama görə, bu ilin mayın 9-da saat 10 radələrində İsmayıllı rayonunun Bizlan kəndində 82 yaşlı Zakir Tapdıqovun və arvadı 66 yaşlı Zərinə Məmmədovanın küt alətlə qətlə yetirilmiş meyitlərinin yaşadıqları evdə tapılması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Vüsal Qədirov polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində saxlanılıb.
Araşdırmalarla onun 1 gün əvvəl babası Zakir Tapdıqovu və nənəsi Zərinə Məmmədovanı qətlə yetirdikdən sonra qardaşı Ş.Qədirova tüfəngdən atəş açması, sonra isə onun evini yandırması da müəyyən edilib.
Qeyd edək ki, hadisə mülk üstündə yaranan mübahisə zəminində baş verib.
Istintaq orqanı tərəfindən Vüsal Qədirovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elam edilib.
İsmayıllı rayon Prokurorluğunda istintaq davam edir.