2 Fevral 2021 14:04
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində cinayət törətməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Faiq Əzimzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Faiq Əzimzadə Xırdalan şəhərindəki parkda tanışı Cahid Nemətovla borc üstündə mübahisə zamanı onu dəyərək, xəsarət yetirib.

Faiq Əzimzadə barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq Əzimzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Cahid Nemətovu təxminən 3 ilə yaxındır tanıyır, yaxşı münasibətdə olublar: “2018-ci ilin noyabr ayında Cahiddən 4500 manat borca pul aldım. Həmin borcdan Cahidə cəmi 1600 manat qaytardım. Bundan əlavə uzaq qohumum olan Sərxandan da borca pul almışdım. Borcları Poladla Cahidə qaytara bilmədiyimə görə bir ara onların telefon zəngələrinə cavab vermirdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən günü, təxminən saat 23 radələrində evdə olarkən Polad ona zəng vurub və görüşmək istədiyini bildirib: “Xırdalanda Şahmat məktəbinin yaxınlığında görüşdük. Bir neçə dəqiqə sonra Cahid də gəldi. Cahid mənə “sənin mənə borcun var” deyəndə ona yumruqla iki zərbə endirdim. Üçüncü zərbəni vurmaq istəyərkən Polad bizi aralaşdırdı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Cahid Nemətov bildirib ki, 2018-ci ilin noyabr ayında Faiq ondan yaşadığı evin sənədlərini düzəltmək üçün 4500 manat borca pul alıb:

“Faiq borcdan mənə 1600 manat pul qaytardı. Dəfələrlə pulumu istəsəm də, müxtəlif bəhanələr gətirirdi. Bir neçə dəfə görüşmək istədim, amma onu tapa bilmədim. Bundan əlavə Poladın özü də zəng vuraraq Faiqin yerini soruşurdu.

Bir gündə Polad mənə zəng vuraraq Faiqi tapdığını, axşam saat 23 radələrində Heydər Əliyev parkında görüşəcəklərini bildirdi. Mən də həmin yerə getdim. Şahmat məktəbinin yaxınlığında Poladla Faiqin söhbət etdiyini gördüm. Dərhal Faiqə yaxınlaşaraq nə səbəbdən pulumu qaytarmadığını soruşdum. Faiq sifət nahiyəmə qəfil yumruqla vurdu. Faiqin mənə şər atacağından qorxaraq ona əl qaldırmadım”.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Faiq Əzimzadənin 1000 manat miqdarında cərimə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər