Göyçay rayonunda fərdi yaşayış evi yanıb. Teleqraf.com-un məlumatına görə, hadisə bu gün axşam saat 21:00 radələrində Göyçayın Ləkçiplaq kəndində qeydə alınıb.
Kənd sakini, 1970-ci il təvəllüdlü Əzizov Asif Mirsahab oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvə cəlb edilib.
Hadisə zamanı 3 otaqlı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.