13 Noyabr 2014 12:46
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi axtarışda olan iki nəfəri həbs edib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Nicat Cəfərov tutulub.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan daha bir nəfər məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin 126-cı (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə axtarışda olan Zaur Nəsibov tutulub.

Hacı Zeynalov


Müəllif: