Bakının Qaradağ rayonunda gənc qızın meyiti dəniz sahilində aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayonunun Puta qəsəbəsində dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 15-20 yaşlı qadın meyiti tapılıb. Onun hansı şəraitdə ölməsi ilə bağlı məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov